Düzgün.az xəbər verir ki, UEFA Çempionlar Liqasında əsas mərhələsinin VIII turunda baş tutacaq “Liverpul” – “Qarabağ” matçının baş hakimi açıqlanıb.
Matçı slovakiyalı FIFA referisi İvan Krujlyak idarə edəcək.
Ona Branislav Hantsko və Yan Pozor kömək edəcəklər. Dördüncü hakim funksiyasını Peter Kraloviçə həvalə olunub.
VAR-da niderlandlı Pol van Boekel, AVAR-da Yan Boterberq olacaqlar.
Qeyd edək ki, “Liverpul” – “Qarabağ” oyunu yanvarın 28-dən 29-na keçən gecə “Enfilld” stadionunda baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
