Şənbə, 24 Oktyabr 2026 03:55:02 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
24 Oktyabr 2026
SON XƏBƏRLƏR
İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44
Dünya

Aİ Rusiyadan qaz idxalını qadağan etdi

26.01.2026 15:30 · 302 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az  xəbər  verir ki, Avropa İttifaqı (Aİ) Şurası Rusiya təbii qazına tam qadağa qoyulması ilə bağlı qərarı təsdiqləyib.

Aİ-nin iyirmi yeddi üzv dövləti rəsmi olaraq həm Rusiya boru kəməri qazının, həm də sıxılmış təbii qazın (LNG) Aİ-yə idxalını tədricən dayandıran reqlamenti qəbul edib.

Reqlamentə görə, qısamüddətli müqavilələr üçün LNG-yə qoyulan qadağa 25 aprel 2026-cı ildə, boru kəməri qazına qoyulan qadağa isə 17 iyun 2026-cı ildə, uzunmüddətli müqavilələr üçün isə LNG-yə qoyulan qadağa 1 yanvar 2027-ci ildə, boru kəməri qazına qoyulan qadağa isə 30 sentyabr 2027-ci ildə qüvvəyə minəcək.

1 mart 2026-cı il tarixinə qədər Aİ ölkələri qaz təchizatının şaxələndirilməsi üçün milli planlar hazırlamalı və Rusiya yanacağının əvəzlənməsi ilə bağlı potensial problemləri müəyyən etməlidir. Bu məqsədlə şirkətlərdən Rusiya qazı üçün mövcud olan hər hansı müqavilələr barədə hakimiyyət orqanlarına və Avropa Komissiyasına məlumat vermələri tələb olunacaq.

Lakin bir və ya daha çox Aİ ölkəsinin enerji təhlükəsizliyinə kəskin təhdid yarandıqda, Rusiya ilə qısamüddətli müqavilə hələ də mümkündür.

Qeyd edək ki, Rusiya boru kəməri qazı və sıxılmış təbii qazının idxalına qoyulan qadağa Aİ-nin 19-cu sanksiya paketində elan edilib.

Enerji və Təmiz Hava üzrə Tədqiqat Mərkəzinin məlumatına görə, Ukraynadakı tammiqyaslı müharibənin başlanmasından 2025-ci ilin sentyabr ayına qədər Aİ bütün Rusiya sıxılmış təbii qaz ixracatının yarısını alıb. Aİ-dən sonra Rusiya qazının idxalçıları siyahısında Çin və Yaponiya gəlir./APA

↑