Düzgün.az xəbər verir ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 8-ci turunda “Qarabağ” səfərdə “Liverpul”la qarşılaşacaq.
Ağdam təmsilçisinin İngiltərəyə yola düşəcəyi vaxt bəlli olub. Qurban Qurbanovun komandası yanvarın 26-da Liverpul şəhərinə gedəcək. Bakıdan çarter reysi ilə uçuş saat 15:00-a nəzərdə tutulub.
“Qarabağ”ı yetərincə uzun yolçuluq gözləyir – düz 7 saat.
Xatırladaq ki, “Liverpul” – “Qarabağ” oyunu yanvarın 28-si, Mərkəzi Avropa vaxtı ilə saat 21:00, Bakı vaxtı ilə isə yanvarın 29-su, saat 00:00-da başlanacaq.
