Düzgün.az xəbər verir ki, Mərkəzi Aran Reqional Təhsil İdarəsi Göyçay rayon Təhsil sektorunun və Göyçay rayon Uşaq-gənclər idman-şahmat məktəbinin birgə təşkilatçılığı ilə 14-17 yanvar 2026-cı il tarixlərində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş şahmat turniri keçirilib.
Belə ki, rayon uşaq-gənclər idman şahmat məktəbinin tədbirlər planına uyğun olaraq keçirilən yarışda A,B -qrupu olmaqla 73 nəfər şahmatçı birincilik uğrunda mübarizə aparıb.
Turnirin sonunda hər yaş qrupu üzrə l-ll-lll yeri tutan şahmatçılar diplomlarla təltif ediliblər.
Səbuhi Eltonlu

















