Qarşılaşma İsveçrədən olan hakimlər briqadasına tapşırılıb.

Baş hakim Sandro Schärer olacaq. Ona həmyerliləri Stéphane De Almeida və Jonas Erni köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Johannes von Mandach yerinə yetirəcək. VAR-da Fedayi San, AVAR-da Lukas Fähndrich əyləşəcəklər.

UEFA nümayəndəsi isə isveçli Per Eliassondur.

Xatırladaq ki, “Qarabağ” – “Ayntraxt” qarşılaşması yanvarın 21-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.