Şənbə, 24 Oktyabr 2026 09:45:15 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
24 Oktyabr 2026
SON XƏBƏRLƏR
İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44
Manşet

Göyçay şəhər 7 saylı orta məktəbdə “Şəhidlər muzeyi” açıldı-FOTO

17.01.2026 15:11 · 430 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az xəbər verir ki, 17  yanvar  tarixində Göyçayda torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Göyçay   şəhər  Nizami Gəncəvi adına  7 saylı tam orta məktəbdə “Şəhidlər muzeyi”-nin açılışı olub.

Göyçay  Məzunlar  Birliyinin  və  məktəbin birgə  təşkilatçılığı  ilə keçirilən muzeyin açılış  mərasimində məktəbin direktoru  Sərvət  Ağayev, pedaqoji heyət,  şəhid ailələri, Vətən müharibəsi əlilləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir  iştirakçıları ilə birgə ilk  olaraq  muzeyin  açılışı olub.Qonaqlar şəhidlərimizin foto , tərcümeyi halları  və  döyüş yolu təsvir olunan  foto- stend və  şəxsi  əşyaları  ilə  tanış olublar. Göyçay şəhəri Məhəmməd Füzuli adına 6 saylı tam orta  məktəbin Tarix müəllimi Tərlan Qarayev muzey haqqında  ətraflı  məlumat verib.

Daha  sonra tədbir rəsmi hissə  ilə  davam  edib.Ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

 Açılışı  giriş  sözü  ilə  açan məktəbin direktoru  Sərvət  Ağayev  qəhrəmanlıq salnaməsi yazaraq vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizə Allahdan rəhmət diləyib, şəhid ailələrinə səbir arzulayıb. 44 günlük Vətən müharibəsində şəhidlərin şərəfli amal naminə bu zirvəyə ucaldıqlarını və öz canları bahasına işğal altında olan torpaqlarımızı işğaldan azad etdiklərini vurğulayıb, Buna görə qazilərimizə və şəhidlərimizə Azərbaycan xalqının daim minnətdar olduğunu bildirib.

 Şagirdlər  vətənpərvərlik ruhunda şeirlər səsləndiriblər.

Sonra tədbirdə  Azərbaycan Yazıçılar  Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, tarixçi, direktor müavini Aqil  Kəngərli, Məzunlar Birliyinin sədri Vahid Orucov,  şəhid Orxan Kərimlinin atası Akif Kərimli,  şəhid Elnur Əliyevin  anası Tahirə  Əliyeva,  şəhid Sahib Tağıyevin  bacısı Sevinc xanım, şəhid Vilayət  Rüstəmovun  oğlu Eldəniz Rüstəmov, Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri Məhərrəm Məmmədli, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin müəllimi Adilə  Xəlilova və məktəbin  hərbi  müəlimi Elşən Sülyemanov çıxış edərək Vətənimizin müdafiəsi uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızı daim xatırlamaq üçün “Şəhidlər muzeyi”nin yaradılmasını təqdirəlayiq hesab etdiklərini bildiriblər.

Qeyd  edilib ki, şəhidlik zirvəsi ən ucada dayanan bir zirvədir. Bu zirvəyə ucalmaq yalnız müqəddəs amallar uğrunda mübarizə aparan, Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli, ləyaqətli insanlara nəsib olur. Bu yüksəkliyə ucalan insanlar ölmürlər, əksinə, ölümləri ilə bir əbədilik qazanırlar. 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində igid, cəsur, qəhrəman Azərbaycan oğulları döyüş meydanında göstərdikləri şücaətlə, ölümün gözünə dik baxaraq torpaq uğrunda canlarından keçməklə bunu bir daha sübut etdilər. 

Tədbirin  sonunda  şəhidlərin xatirəsinə ehsan süfrəsi təşkil edilib.

 

Səbuhi   Eltonlu 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

↑