Şənbə, 24 Oktyabr 2026 10:38:57 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
24 Oktyabr 2026
SON XƏBƏRLƏR
İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44
Təhsil

MİQ imtahanlarının ödənişli olması ilə bağlı nazirlikdən AÇIQLAMA

16.01.2026 18:37 · 207 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az xəbər verir ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununa edilən dəyişiklik nəticəsində müəllimlərin işə qəbulu üzrə müsabiqədə (MİQ) iştirak ilk dəfə iştirak edən şəxslər üçün ödənişsiz, təkrar iştirak etmək istəyənlər üçün isə ödənişli olacaq.

Bu barədə  Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, dəyişikliyə əsasən sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər, o cümlədən əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, şəhid ailəsinin üzvləri, eləcə də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslər MİQ müsabiqəsində təkrar iştirak etdiyi halda, bu ödənişdən azaddırlar.

“Dəyişikliyin aparılmasında məqsəd MİQ müsabiqəsinin dayanıqlılığının təmin edilməsi, iştirakçıların məsuliyyətinin artırılması və büdcə vəsaitlərindən daha səmərəli istifadə olunmasıdır. Eyni zamanda Qanuna edilən dəyişiklik sosial ədalətlilik prinsipi qorunmaqla müəllim seçiminin keyfiyyətinin yüksəldilməsinə, təkrar və məqsədsiz müraciətləri azaltmaqla resurslardan məqsədyönlü və səmərəli istifadə edilməsinə xidmət edir.

Xərclərin optimallaşdırılması baxımından effektiv alət kimi qiymətləndirilən bu yanaşma beynəlxalq təcrübədə də geniş tətbiq olunur.

Son on ildə təxminən 50 min nəfərə yaxın namizəd MİQ əsasında müddətsiz əmək müqaviləsi ilə işlə təmin olunub”, – deyə Elm və Təhsil Nazirliyindən bildirilib.

↑