Düzgün.az xəbər verir ki, “Araz-Naxçıvan” futbol komandası daha bir yoxlama oyunu keçirəcək.
Bu barədə Naxçıvan təmsilçisi məlumat yayıb.
Andrey Demçenkonun baş məşqçisi olduğu kollektiv yanvarın 18-də I Liqada iştirak edən “Zaqatala” ilə qarşılaşacaq.
Oyun saat 13:00-da Bakı Olimpiya Stadionunun ehtiyat meydanında baş tutacaq.
Qeyd edək ki, daha əvvəl “Qəbələ”yə minimal hesabla uduzan “Araz-Naxçıvan” klubun əvəzedici komandasını 7 cavabsız qolla üstələyib.
