Düzgün.az xəbər verir ki, “Lufthansa” aviaşirkətlər qrupu öz əməkdaşlarını İsraili tərk etməyə hazırlaşmağa çağırıb.
Bu barədə N12 agentliyinin məlumatında bildirilir.
Məlumata görə, İsraillə hava əlaqəsi yanvarın 15-dən etibarən dayandırıla bilər. “Lufthansa” qrupuna daxil olan aviaşirkətlər arasında “Lufthansa”, “Austrian Airlines”, “Swiss Air”, “Eurowings” və “Brussels Airlines” var.
Bundan əlavə, “Austrian Airlines” aviaşirkəti sabahkı Vyana – Təl-Əviv və Təl-Əviv – Vyana reyslərinin ləğv edildiyini açıqlayıb. Şirkətdən bildirilib ki, bu qərar əlverişsiz hava şəraiti səbəbindən verilib.
