Şənbə, 24 Oktyabr 2026 10:37:59 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
24 Oktyabr 2026
SON XƏBƏRLƏR
İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44
Təhsil

“Ana dili – Azərbaycan məktəbi”nə qeydiyyat başladı

14.01.2026 11:25 · 294 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az xəbər  verir ki, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən xarici ölkələrdə yaşayan azərbaycanlı uşaqlar üçün həyata keçirilən “Ana dili – Azərbaycan məktəbi” layihəsinin 2025–2026-cı tədris ilinin II yarımili üzrə qeydiyyat prosesinə start verilib.

Qeydiyyat üçün son müraciət tarixi 28 yanvar 2026-ci ildir. Qeydiyyata keçid: https://anadili.agma.az/ 

Nəzərinizə çatdırırıq ki, II yarımil üzrə dərslərin 1 fevral 2026-cı il tarixində başlaması planlaşdırılır.

Xatırladaq ki, sözügedən layihə ölkəmizdən kənarda yaşayan soydaşlarımızın Azərbaycan dilini məsafədən öyrənmələrini, ana dilini qoruyub saxlamalarını və milli-mədəni dəyərlərimizə bağlılıqlarının gücləndirilməsini hədəfləyən sosial-təhsil yönümlü təşəbbüsdür.

“Ana dili – Azərbaycan məktəbi” müxtəlif yaş qruplarını və fərqli dil bilik səviyyələrini əhatə edən onlayn tədris modeli əsasında fəaliyyət göstərir. Layihədə iştirak etmək istəyən şəxslər yaş qrupları, Azərbaycan dilini bilmə səviyyələri və yaşadıqları ölkələrin vaxt zonalarına uyğun şəkildə formalaşdırılan qruplara cəlb olunurlar. Bu məqsədlə iştirakçılar əvvəlcədən qısa dil səviyyəsi yoxlamasından keçirilirlər. Tədris prosesi təcrübəli və ixtisaslı müəllimlər tərəfindən interaktiv təlim metodları əsasında, əvvəlcədən müəyyən edilmiş qrafik üzrə həftədə 2–3 dəfə “Microsoft Teams” platforması vasitəsilə tam ödənişsiz formada təşkil olunur.

Tədris proqramı yalnız dil bacarıqlarının inkişafını deyil, eyni zamanda Azərbaycanın tarixi, ədəbiyyatı, coğrafiyası və mədəni irsi haqqında sistemli biliklərin aşılanmasını da əhatə edir. 

Qeyd edək ki, proqramı uğurla bitirən şəxslərə Azərbaycan dilini bilmə haqqında müvafiq səviyyəyə uyğun sertifikat verilir. 

Əlavə sual yaranarsa, aşağıdakı əlaqə vasitələrinə müraciət etmək mümkündür: 

Elektron poçt: anadili.agma.az@gmail.com, 

Əlaqə: +994 51 226 71 21 (WhatsApp, Telegram)

↑