Düzgün.az xəbər verir ki, Türkiyə fevral ayında perspektivli neft-qaz yataqlarının kəşfiyyatı məqsədilə Somali sahillərinə qazma gəmisi göndərəcək.
Bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar deyib.
Bu, Türkiyənin ölkə xaricində dərin sularda həyata keçirəcəyi ilk kəşfiyyat-qazma layihəsidir.
Türkiyənin “Çağrı bəy” gəmisi Somalidə dərin sulu dəniz yataqlarının seysmik kəşfiyyatını və qazıntısını aparacaq.
Qeyd edək ki, Türkiyə ilə Somali arasında bu barədə müqavilə 2024-cü ildə imzalanıb.
