Şənbə, 24 Oktyabr 2026 09:44:40 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
24 Oktyabr 2026
SON XƏBƏRLƏR
İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44
Dünya

“ChatGPT” işçi axtarır – 555 min dollar maaş verəcək

31.12.2025 09:17 · 325 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az xəbər verir ki, “ChatGPT”ni yaradan “OpenAI” süni intellektin yarada biləcəyi risklərlə mübarizə aparmaq məqsədilə “Hazırlıq rəhbəri” (Preparedness Lead) vəzifəsi üzrə yeni yüksək səviyyəli icraçı axtarır.

Şirkətin baş direktoru Sem Altman “X”də paylaşdığı açıqlamada bu vəzifənin yüksək məsuliyyət və stres tələb etdiyini xüsusi vurğulayıb.

Yeni yaradılan bu vəzifə süni intellekt modellərinin kibertəhlükəsizlik, bioloji risklər, insanın əqli sağlamlığı kimi sahələrdə yarada biləcəyi potensial təhdidləri öncədən müəyyənləşdirməyi və məhdudlaşdırmağı hədəfləyir.

Sem Altmanın sözlərinə görə, süni intellektin əqli sağlamlığa mümkün təsirləri artıq 2025-ci ilə qədər müşahidə olunmağa başlayıb. O, bu sistemlərin kompüter təhlükəsizliyi sahəsində ciddi zəiflikləri aşkar edə biləcək səviyyəyə çatdığını bildirib.

“OpenAI”nin iş elanına əsasən, “Hazırlıq rəhbəri” illik 555 min ABŞ dolları maaş, əlavə olaraq şirkət səhmləri əldə edəcək.

Bu şəxs süni intellekt sistemlərinin imkanları artdıqca təhlükəsizlik standartlarının da eyni templə genişləndirilməsini təmin edən proqramlara rəhbərlik edəcək.

Şirkət bu addımla texnoloji irəliləyişlərdən faydalanmaqla yanaşı, potensial sui-istifadə ssenarilərini minimuma endirməyi qarşısına məqsəd qoyur.

“OpenAI”nin bu qərarı son dövrlərdə şirkətə yönəlmiş tənqidlər və ittihamlardan sonra atılıb. “ChatGPT”nin bəzi həssas istifadəçilərdə əqli sağlamlıq problemlərini dərinləşdirə və çaşdırıcı təsir göstərə biləcəyi ilə bağlı narahatlıqlar müəyyən hallarda məhkəmə proseslərinə səbəb olub.

Şirkət bildirir ki, yeni yaradılan bu bölmə vasitəsilə qabaqcıl süni intellekt modelləri bazara təqdim olunmazdan əvvəl daha ciddi təhlükəsizlik yoxlamalarından keçiriləcək.

↑