Düzgün.az xəbər verir ki, amnistiya aktı ona da şamil edilən Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyev azadlığa buraxılıb.
İ.Vəliyev saxlanıldığı cəzaçəkmə müəssisəsindən azadlığa çıxıb.
Xatırladaq ki, Neftçalanın eks-icra başçısı İsmayıl Vəliyev mənimsəmə və rüşvət almaqda təqsirli bilinərək 6 il 2 ay azadlıqdan məhrum edilmişdi. Onun çəkilməmiş 4 ay cəza müddəti qalmışdı./Qafqazinfo
