Belqrad təmsilçisinin rəsmi saytına istinadla xəbər verir ki, komanda Deyan Stankoviçə tapşırılıb. Serbiyalı mütəxəssislə imzalanmış müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, məşqçiliyə “Srvena Zvezda”da başlayan D. Stankoviç 2019-cu ilin dekabrından 2022-ci ilin avqust ayınadək bu komandaya rəhbərlik edib. Bu müddət ərzində o, paytaxt təmsilçisinə 3 dəfə Serbiya çempionluğunu, 2 dəfə isə ölkə kubokunu qazandırıb.

Təcrübəli mütəxəssis son olaraq Rusiyanın “Spartak” (Moskva) komandasının baş məşqçisi olub.