Düzgün.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda Ermənistanın baş naziri Nikol Paşinyanla ikitərəfli görüş keçirəcək.
Bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov açıqlayıb.
“Putin Ermənistanın baş naziri Paşinyanla ikitərəfli görüş keçirməyi planlaşdırır”, – deyə o qeyd edib.
Kreml nümayəndəsi görüş barədə təfərrüatları açıqlamayıb.
