Düzgün.az xəbər verir ki, Misli Premyer Liqasının XVI turunda “Zirə” “İmişli” ilə qarşılaşıb.
Zirə İdman Kompleksinin stadionunda keçirilən oyun qolsuz heç-heçə ilə yekunlaşıb.
Hazırda 28 xalı olan paytaxt təmsilçisi 3-cü, bölgə təmsilçisi isə 17 xalla 9-cu yeri tutur. Bu komandalar arasında da ilk dövrənin matçı bərabərliklə yekunlaşıb – 1:1.
