Düzgün.az xəbər verir ki, Mərkəzi Aran Reqional Təhsil İdarəsi Göyçay rayon Təhsil sektoru və Uşaq-gənclər idman-şahmat məktəbinin birgə təşkilatçılığı ilə 9-12 dekabr 2025-ci il tarixlərində “Ümummilli Lider Heydər Əliyevin Anım Günü”nə həsr olunmuş şahmat turniri keçirilib.
Belə ki, Göyçay rayon Uşaq Gənclər Şahmat Məktəbində keçirilən turnirdə A, B qrupu olmaqla 94 şahmatçı birincilik uğrunda mübarizə aparıb.
Turnirin sonunda l-ci, ll-ci, lll-cü yeri tutan oğlan və qız şahmatçılar diplomlarla təltif olunublar.















