Şənbə, 24 Oktyabr 2026 07:24:12 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
24 Oktyabr 2026
SON XƏBƏRLƏR
İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44
Rəsmi

Sabiq dövlət müşaviri vəfat etdi – Prezident nekroloq imzaladı

15.12.2025 13:33 · 234 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az xəbər verir ki, Prezident İlham Əliyev sabiq dövlət müşaviri Vahid Axundovun vəfatı ilə bağlı nekroloq imzalayıb.

Mətndə deyilir:

“Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış ictimai xadim, iqtisad elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar elm xadimi və Əməkdar dövlət qulluqçusu Vahid Cümşüd oğlu Axundov 2025-ci il dekabrın 14-də ömrünün 84-cü ilində vəfat etmişdir.

Vahid Axundov 1942-ci il fevralın 2-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1959¬–1964-cü illərdə Azərbaycan Neft və Kimya İnstitutunda mühəndis-iqtisadçı ixtisası üzrə ali təhsil almışdır.

Vahid Axundov 1969-cu ildə iqtisad elmləri namizədi və 1981-ci ildə iqtisad elmləri doktoru alimlik dərəcələrini, 1986-cı ildə professor elmi adını almışdır.

Əmək fəaliyyətinə 1959-cu ildən başlayan Vahid Axundov 1964-cü ilədək Bakı dəri-qalantereya fabrikində və Bakı avtomobil ehtiyatı hissələri zavodunda müxtəlif işlərdə çalışmışdır. O, 1965–1966-cı illərdə Azərbaycan Respublikası Dövlət Plan Komitəsində iqtisadçı, 1966–1970-ci illərdə Azərbaycan Respublikası Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda böyük və baş iqtisadçı, 1970–1987-ci illərdə Azərbaycan Respublikası Dövlət Plan Komitəsinin Elmi Tədqiqat İqtisadiyyat və Planlaşdırma İnstitutunda şöbə müdiri, elmi işlər üzrə direktor müavini və direktor, 1987–1991-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutunda elmi işlər üzrə prorektor vəzifələrini tutmuşdur.

Vahid Axundov 1991–1993-cü illərdə Azərbaycan Respublikası Prezidentinin müşaviri və Azərbaycan Respublikasının iqtisadi siyasət üzrə Dövlət müşaviri, 1993-cü ilin may–noyabr aylarında Azərbaycan Respublikası Nazirlər Kabinetinin İqtisadi siyasət və beynəlxalq əməkdaşlıq mərkəzinin direktoru – Baş nazirin baş iqtisadi müşaviri olmuşdur. O, 1993-cü ildən 2017-ci ilədək Azərbaycan Respublikasının İqtisadi siyasət məsələləri üzrə Dövlət müşaviri vəzifəsini icra etmişdir.

Vahid Axundov uzun illər Azərbaycanın milli maraqlarının qorunması naminə bilik və bacarığını əsirgəməyərək, peşəkarlığı və təşəbbüskarlığı sayəsində ölkədə iqtisadi islahatların uğurla aparılmasında, iqtisadiyyatın bütün sahələrinin dinamikliyinin təmin olunmasına yönəlmiş dövlət proqramları və konsepsiyalarının hazırlanıb müvəffəqiyyətlə gerçəkləşdirilməsində təqdirəlayiq fəaliyyət göstərmişdir. Öz işində hər zaman obyektivlik və prinsipiallıq nümayiş etdirməklə dövlətçilik mövqeyindən çıxış etməsi ona dərin hörmət və ehtiram qazandırmışdır. Vahid Axundovun tədqiqatçı alim kimi iqtisadiyyatın ayrı-ayrı problemlərinin öyrənilməsinə dair 150-dən artıq sanballı araşdırması mütəxəssislər tərəfindən rəğbətlə qarşılanmışdır.

Vahid Axundovun dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyəti və iqtisad elminin inkişafındakı xidmətləri yüksək qiymətləndirilmişdir. O, 1992-ci ildə “Əməkdar elm xadimi”, 2006-cı ildə “Əməkdar dövlət qulluqçusu” fəxri adlarına layiq görülmüş,

2007-ci ildə “Şöhrət”, 2012-ci ildə “Şərəf” ordenləri ilə təltif edilmişdir.

Tanınmış ictimai xadim, bacarıqlı təşkilatçı və təvazökar insan Vahid Cümşüd oğlu Axundovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Sahibə Qafarova

Samir Nuriyev

Eldar Əzizov

Şahmar Mövsümov

Natiq Əmirov

Mikayıl Cabbarov

Azər Əmiraslanov

Ziyad Səmədzadə

↑