Şənbə, 24 Oktyabr 2026 05:39:58 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
24 Oktyabr 2026
SON XƏBƏRLƏR
İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44
Dünya

Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək

14.12.2025 14:35 · 323 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az xəbər verir ki, rəsmi Ankara Suriyaya 2 milyon 370 min qaçqının qayıtmasını sürətləndirməyi planlaşdırır və bunun üçün üçmərhələli plan hazırlanıb.

Bu barədə Türkiyənin bir sıra aparıcı media orqanlarında məlumat verilib.

Bildirildiyinə görə, Suriyada vəziyyətin normallaşması ilə paralel olaraq, Türkiyə hakimiyyəti bu ölkədə 15 il yaşayan suriyalılar üçün qaçqın statusunu ləğv etməyi planlaşdırır.

Məlumatlara əsasən, qaçqınların geri qayıtmasını stimullaşdıran planın birinci mərhələsi suriyalılar üçün pulsuz səhiyyə xidmətlərinin ləğvini nəzərdə tutur. 2026-cı il yanvarın 1-dən etibarən qaçqın statusu olan suriyalılar sosial sığorta haqlarını ödəməli olacaqlar. Əks halda, səhiyyə xidmətləri onlar üçün pullu olacaq.

Bundan əlavə, sığınacaq axtarışı ilə bağlı icazələrin müddətinin bitməsi ilə suriyalılar bütün digər kateqoriyalı əcnəbilər kimi Türkiyədə yaşayış icazəsi üçün müraciət etməlidirlər. Bunun üçün onlar miqrasiya orqanlarına daşınmaz əmlakın mövcud olması və ya mənzilin kirayəyə götürülməsi barədə müqavilə, eləcə də əmək müqaviləsi, tibbi sığorta və bank çıxarışı təqdim etməlidirlər. Qaçqınların qaldığı evlərdəki şərait də nəzərə alınacaq.

Üçüncü mərhələdə isə suriyalılara vətənlərinə qayıtmalarını təşviq etmək üçün maliyyə yardımı göstəriləcək. Lakin bu, Türkiyə büdcəsi deyil, BMT vəsaitləri hesabına olacaq.

Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Ankara suriyalıların könüllü və layiqli şəkildə vətənlərinə qayıtmalarını təmin etməyi hədəfləyir. “Türkiyədə yaşayan qaçqınların sayından asılı olmayaraq, onlara heç vaxt təzyiq formalarını tətbiq etməyəcəyik”, – deyə nazir vurğulayıb.

Rəsmi məlumatlara görə, artıq Türkiyədən Suriyaya 600 mindən çox qaçqın qayıdıb.

Bildirildiyinə görə, Dəməşqdə hakimiyyət dəyişikliyindən sonra Ankara suriyalıların dərhal vətənlərinə qayıtmasını tələb etməyib. Suriyalıların birdən və kütləvi şəkildə axışıb getməsi əmək bazarına təsir göstərərdi. Həmçinin hakimiyyət orqanları suriyalı uşaqların və gənclərin Türkiyənin təhsil müəssisələrində təhsillərini davam etdirməsini nəzərə alıb.

↑