Şənbə, 24 Oktyabr 2026 11:28:34 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
24 Oktyabr 2026
SON XƏBƏRLƏR
İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44
Təhsil

Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin nəticələri elan olundu

12.12.2025 16:24 · 392 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az xəbər verir ki, 2025-ci ildə təşkil edilmiş peşə təhsili müəssisələrinə direktor və direktor müavini vəzifələrinə işə qəbul müsabiqəsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.

Bu barədə  Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.

Müsabiqə çərçivəsində respublika üzrə ümumilikdə 14 direktor və 54 direktor müavini vakansiyası elan olunub. Onlayn formada portal.edu.az elektron müraciət portalı vasitəsi ilə qeydiyyatdan keçib, 917 namizəddən tələblərə uyğun olan 561 nəfər 15 mart tarixində Bakı şəhərində keçirilən test imtahanında iştirak edib, onlardan 192 nəfəri müsahibə mərhələsində iştirak hüququ əldə edib. Müsahibədə uğur qazanan 21 nəfər namizədin müvafiq peşə təhsili müəssisələrində direktor və direktor müavini vəzifəsinə təyinatı həyata keçirilib.

Müsahibənin nəticələri ilə bağlı vətəndaşların müraciətlərinin araşdırılması məqsədilə Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən Apellyasiya Komissiyası təşkil edilib. Namizədlər müsabiqənin yekun nəticələrindən narazı qaldıqları halda iradlarını ətraflı şəkildə əsaslandırmaqla apellyasiya şikayəti təqdim edə bilərlər. Müraciətlər elektron qaydada https://www.portal.edu.az/ elektron müraciət portalı vasitəsilə və ya ad, soyad, şəxsiyyət vəsiqəsinin FİN-i və əlaqə nömrəsi qeyd edilməklə hr@ptda.edu.az elektron poçt ünvanına göndərilməklə qəbul edilir. Apellyasiya müraciətlərinin qəbulu 28 dekabr saat 18:00-da başa çatacaq.

↑