Şənbə, 24 Oktyabr 2026 01:59:58 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
24 Oktyabr 2026
SON XƏBƏRLƏR
İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44
Hadisə

Əsgərin ölümünə görə komandiri həbs edildi

04.12.2025 18:14 · 287 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az xəbər  verir ki, Dövlət Sərhəd Xidmətinin Biləsuvar rayonunda yerləşən hərbi hissəsinin əsgəri Hüseyn Hüseynovun intihar etməsi ilə bağlı komandiri həbs edilib.

Şirvan Apellyasiya Məhkəməsi Hərbi Prokurorluğun protesti əsasında belə qərar çıxarıb.

Yuxarı instansiya Cəlilabad Hərbi Məhkəməsinin həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi ilə bağlı qərarı pozub. Tabelikdə olan hərbi qulluqçulara qarşı zorakı hərəkətlər etməkdə (CM-nin 329.2.1, 329.2.2 və 329.3-cü maddələri) təqsirləndirilən kapitan Mahmud Səfaralıyev məhkəmə zalında həbs edilib.

Zabitə verilmiş ittiham gələcəkdə sübuta yetirilərsə onu 3 ildən 8 ilədək həbs cəzası gözləyir.

Qeyd edək ki, əsgər Hüseyn Hüseynovun komandiri tərəfindən çoxsaylı təhqir və zorakılığa məruz qaldığı üçün noyabrın 15-də intihar etdiyi iddia olunur. Kapitan Səfaralıyevin başqa əsgərlərə qarşı da qanunsuzluqlara yol verdiyi üçün vəzifəsindən azad edildiyi bildirilib.

Kapitan sonuncu hadisə ilə bağlı prokurorluq tərəfindən tutulsa da Cəlilabad Hərbi Məhkəməsi həbs qətimkan tədbirinin seçilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual əsaslar müəyyən edilməyini əsas gətirərək onu sərbəst buraxmışdı./Qafqazinfo

↑