Düzgün.az xəbər verir ki, Türkiyənin “Çaykur Rizəspor” futbol komandasının yeni baş məşqçisi açıqlanıb.
Bu barədə klubun sosial şəbəkə hesabı məlumat yayıb.
Türkiyəli mütəxəssis Recep Uçarla razılıq əldə edilib. Müqavilənin detalları barədə qarşıdakı günlərdə məlumat veriləcək.
Qeyd edək ki, Recep Uçar son olaraq “Konyaspor” kollektivini çalışdırıb.
