Düzgün.az xəbər verir ki, 1 dekabr tarixində Göyçay Dövlət Peşə Liseyində Korrupsiyaya qarşı mübarizə haqqında dəyirmi masa keçirilib.
Tədbirdə liseyin direktor əvəzi Elxan Əliyev, liseyin pedaqoji kollektiv iştirak edib.
Elxan Əliyev açılış nitqi ilə çıxış edərək cəmiyyətimizin inkişafına ən böyük maneələrdən biri olan Korrupsiya dövlətin,hər bir vətəndaşın gələcəyinə ciddi təsir göstərən təhlükəli sosial problem olduğunu qeyd edib.Bildirib ki, korrupsiyadan təmizlənmiş cəmiyyət – güclü dövlətin, güclü iqtisadiyyatın və sağlam gələcəyin əsas zəminidir. Bu mübarizədə bir olaraq, ədaləti, şəffaflığı və vicdanı həyatımızın ana xəttinə çevirilmə olduğunu vurğulayıb.






