Şənbə, 24 Oktyabr 2026 03:55:53 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
24 Oktyabr 2026
SON XƏBƏRLƏR
İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44
Dünya

Almaniya Baltik dənizinə dronlar yerləşdirəcək

22.11.2025 20:31 · 482 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

“Düzgün.az”  “Bild”ə istinadən xəbər verir ki, Almaniya Baltik dənizini mümkün təxribatlardan qorumaq məqsədilə yeni nəsil yüksək texnologiyalı “Greyshark” dronlarını yerləşdirməyə hazırlaşır.

Almaniyada istehsal olunan bu dronlar bir sıra vacib funksiyaları yerinə yetirəcək.

Məlumata əsasən, “Greyshark” dronları:

– dənizdə patrul xidməti həyata keçirərək kritik infrastrukturu qoruyacaq;

– düşmənə məxsus kəşfiyyat aparatlarını aşkar edəcək;

– ətraf sularda müşahidə aparacaq.

Nəşr bildirir ki, dronun mini sualtı qayığı xatırladan quruluşu var və o, artıq dəniz sınaqlarından uğurla keçib.

Hidrogenlə işləyən dron həftələrlə yanacaq doldurmadan fəaliyyət göstərə bilir. Model müxtəlif variantlarda təqdim olunur. Məsələn, “Foxtrot” versiyası dörd aya qədər fasiləsiz işləyə və 10.000 dəniz milinə qədər məsafə qət edə bilər.

Dron 17 yüksək texnologiyalı sensorla təchiz edilib. Süni intellekt əsaslı proqram təminatı məlumatları real vaxtda emal edərək potensial düşmən hədəflərini müəyyənləşdirir.

Bu dronların seriyalı istehsalına gələn ilin əvvəlində başlanması mümkündür. İstehsalçı şirkət dronlara artıq sifarişlərin daxil olduğunu bildirib.

↑