Şənbə, 24 Oktyabr 2026 09:31:41 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
24 Oktyabr 2026
SON XƏBƏRLƏR
İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44
Təhsil

ETİHİ-nin Mərkəzi Aran bölgəsi üzrə regional görüşü Mingəçevirdə keçirildi – Fotolar

20.11.2025 15:40 · 460 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az  xəbər  verir  ki, 19 noyabr tarixində AHİK‑in üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsi üzv təşkilatlarla birbaşa dialoq və əməkdaşlığı genişləndirmək məqsədilə növbəti regional görüşünü Mərkəzi Aran bölgəsində təşkil edib. Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Yevlax və Mingəçevir şəhərləri, həmçinin Ağdaş, Göyçay, Kürdəmir, Ucar və Zərdab rayonlarının təhsil müəssisələrində fəaliyyət göstərən 520 ilk həmkarlar ittifaqı təşkilatının sədri iştirak edib.

Tədbirə ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayev, sədr müavini Mirzə Cəfərzadə, sədrin müşaviri Vüsal Əliyev və Komitənin digər məsul əməkdaşları qatılıblar. Araz Paşayev çıxışında AHİK‑in sosial tərəfdaşlıq xəttinə uyğun olaraq əmək münasibətlərinin tənzimlənməsində həmkarlar ittifaqlarının rolunu diqqətə çatdırıb və üzv təşkilatlar arasında həmrəylik prinsipinin Komitənin fəaliyyətində əsas xətt olduğunu vurğulayıb. O, birbaşa ünsiyyəti genişləndirməyin və ilk təşkilatlara sistemli dəstək göstərməyin prioritet olduğunu qeyd edib.

Tədbir çərçivəsində sosial müdafiə, maarifləndirmə, əmək münasibətləri və işçi hüquqlarının müdafiəsi üzrə həyata keçirilən layihələr barədə təqdimatlar edilib. İlk təşkilat sədrləri ilə sual-cavab formatında müzakirələr aparılıb və səslənən təkliflər qeydə alınıb. ETİHİ rəhbərliyi bu formatda regional görüşlərin ölkənin digər bölgələrində də davam etdiriləcəyini və üzv təşkilatlarla əməkdaşlığın gücləndirilməsinin əsas məqsəd olduğunu bildirib.

Qeyd edək ki, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi ölkə üzrə 405 mindən çox ittifaq üzvünü, 6 minə yaxın ilk təşkilatı və təxminən 147 üzv təşkilatı birləşdirir.

↑