Şənbə, 24 Oktyabr 2026 02:55:27 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
24 Oktyabr 2026
SON XƏBƏRLƏR
İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44
Dünya

Gürcüstanda növbədənkənar seçkilər olmayacaq

17.11.2025 23:34 · 294 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az  xəbər verir ki, Gürcüstanda növbədənkənar parlament seçkiləri keçirilməyəcək.

Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Acarıstan televiziyasına müsahibəsində deyib.

Onun sözlərinə görə, müxalifətin növbədənkənar seçkilərlə bağlı söylədikləri boş söhbətlərdir.

Kobaxidze qeyd edib ki, növbəti parlament seçkiləri ölkə konstitusiyasına uyğun olaraq 2028-ci ilin oktyabrın 28-də keçiriləcək.

“Növbədənkənar seçkilər sabah baş tutsa, “Gürcü Arzusu” asanlıqla konstitusiya çoxluğunu əldə edəcək. Yerli seçkilərdə bizə olan dəstəyin daha da artdığı göründü. Müxalifət seçkilərlə bağlı spekulyasiya edir. Buna daha yüksək qiymət vermək olmaz”, – Baş nazir əlavə edib.

Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri dörd ildən bir keçirilir. Son seçkilər 2024-cü ilin oktyabrın 26-da baş tutub. Tbilisidə bir ilə yaxındır davam edən etiraz aksiyalarının əsas tələblərindən biri növbədənkənar parlament seçkilərinin təyin olunmasıdır./APA

↑