Şənbə, 24 Oktyabr 2026 04:45:49 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
24 Oktyabr 2026
SON XƏBƏRLƏR
İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44
Hadisə

Kiberpolis sosial şəbəkələrdə yüzlərlə şəxsi aldadan 4 nəfəri ifşa etdi – VİDEO

17.11.2025 15:50 · 394 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az  xəbər  verir  ki, Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən sosial şəbəkələrdə müxtəlif yalan vədlər və şirnikləndirici təkliflər verməklə vətəndaşları aldadaraq pul vəsaitlərini ələ keçirən şəxslərə qarşı əməliyyat-texniki tədbirlər həyata keçirilib. 

Tədbirlər zamanı sosial şəbəkələrdə saxta elanlar yerləşdirən və özünü internet saytlarının təhlükəsizliyi məsələləri üzrə mütəxəssisi kimi təqdim edərək dələduzluqlar edən əvvəllər də eyni əmələ görə məhkum olunmuş şəxslər –  Şahin Rəcəbov, Aqşin Bədəlov, İlkin Niyazov və Cəfər Cəfərov saxlanılıblar. 

Araşdırmalar zamanı məlum olub ki, A.Bədəlov və İ.Niyazov sosial şəbəkələrdə, eləcə də müxtəlif saytlarda başqalarına məxsus bahalı mobil nömrə, avtomobil və evləri öz əmlakları kimi təqdim edərək dəyərindən qat-qat ucuz qiymətə satılması ilə bağlı elanlar yerləşdiriblər. C.Cəfərov isə müxtəlif müəssisə və iaşə obyektləri ilə  “whatsapp” mesajlaşma sistemi vasitəsilə əlaqə saxlayaraq özünü brend əşyaların ucuz qiymətə alış-verişində vasitəçi kimi təqdim edib. Nəticədə saxlanılan şəxslər onlara beh göndərən zərərçəkənlərə qarşı dələduzluq edərək pul vəsaitlərini ələ keçiriblər. 

Tədbirlər zamanı saxlanılan Ş.Rəcəbov isə xarici ölkələrə gedərək oradan Azərbaycanda fəaliyyət göstərən tanınmış şirkətlərlə əlaqə saxlayıb özünü elektron poçt və rəsmi saytların idarəedilməsi şirkətinin rəhbəri kimi təqdim edib. 

Daha sonra o, müəssisələrə məxsus domenlərin yerləşdiyi server və elektron xidmətlərin onun nəzarəti altına keçdiyini və ödəniş edilməyəcəyi təqdirdə onlayn xidmət sahələrinin fəaliyyətini tam dayandıracağını bildirib. Saxlanılan şəxs bu yolla qanunsuz olaraq əldə etdiyi vəsaitləri müxtəlif insanların adına olan hesablara köçürərək nağdlaşdırıb.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Ş.Rəcəbov və A.Bədəlov barəsində məhkəmənin qərarı ilə həbs, digərləri haqqında isə alternativ qətimkan tədbirləri seçilib.

Bir daha vətəndaşlara sosial şəbəkələrdən istifadə edərkən ayıq-sayıq olmağı, reallığına şübhə etdikləri elan, müraciət və çağırışlara aldanmamağı, tanımadıqları şəxslərə onlayn qaydada ödəniş etməkdən çəkinməyi tövsiyə edirik.

 

↑