Düzgün.az xəbər verir ki, 17 noyabrda Göyçay Dövlət Peşə Liseyində Tələbə Həmkarlar İttifaqı Komitəsi təsis olunması ilə bağlı tədbir keçirilib.
Tədbirdə liseyin direktor əvəzi Elxan Əliyev, liseyin pedaqoji kollektivi, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göyçay Rayon Komitəsinin sədri Kəmalə Səmədova və tələbələr iştirak ediblər.
Elxan Əliyev açılış nitqi ilə çıxış edərək Liseydə Həmkarlar İttifaqı Komitəsinin (HİK) təsis olunmasını Liseyin sosial-mədəni həyatında əlamətdar hadisə olduğunu bildirib. Təsis olunan Komitənin Liseyin gələcək inkişafına hədəfləndiyini vurğulayıb. HİK-in gələcək planlarından bəhs edərək fəal tələbələr üçün yeni imkanların yaradılmasını qeyd edib.
Daha sonra Kəmalə Səmədova nitq söylərək HİK-i əmək hüquqlarının müdafiəsi ilə yanaşı, eyni zamanda liseyin daxilində həmrəyliyin, sosial ədalətin və sağlam əmək münasibətlərinin təməlini təşkil etdiyini vurğulayıb.Göyçay Rayon Komitəsinin sədri HİK-in qarşıya qoyduğu əsas məqsədlər, işçilərin sosial rifahının yaxşılaşdırılması, əmək şəraitinin inkişaf etdirilməsi, asudə vaxtın səmərəli təşkil olunması və maarifləndirmə tədbirlərinin keçirilməsi olduğunu bildirib.
Sonda Liseyin fərqlənən müəllimləri səmərəli pedaqoji fəaliyyətinə görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göyçay rayon Komitəsi tərəfindən Fəxri Fərman ilə təltif olunub.














