Şənbə, 24 Oktyabr 2026 09:32:30 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
24 Oktyabr 2026
SON XƏBƏRLƏR
İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44
Təhsil

Göyçay Dövlət Peşə Liseyində “8 Noyabr – Zəfər Günü” münasibətilə tədbir keçirilib-FOTO

07.11.2025 19:04 · 541 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az xəbər verir ki, 7 noyabr  2025-ci il tarixində Göyçay Dövlət Peşə Liseyinin akt  zalında “Konstitusiya və Suverenlik ili” çərçivəsində “8 Noyabr – Zəfər Günü” münasibətilə tədbir və “Peşə təhsilinin şəhid məzunları” kitabının təqdimatı keçirilib.

Tədbirdə liseyin direktor əvəzi Elxan Əliyev, liseyin pedaqoji kollektivi, “Peşə təhsili və insan kapitalı” jurnalının şöbə redaktoru, yazıçı, publisist Pərvanə Mehmanlı, Yeni Azərbaycan Partiyasının Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, şəhid  Kənan  Ömərlinin  anası liseyin müəllimi Məhluqə  Ömərli, şəhid və qazi ailələrinə qayğı cəmiyyətinin sədri Eldəniz Rüstəmov, liseyin qocaman təqaüdçü müəllimi Fərhad Əliyev, Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəsi Coşqun İsmayılov, Göyçay Gənclər evinin direktoru Fərid Əkbərov, Pərvanə Mehmanlının anası Nargilə xanım, veteranlar, qazilər  və  tələbələr  iştirak  ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi və vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Liseyin direktor əvəzi Elxan Əliyev çıxış  edərək, “Zəfər Günü” münasibəti ilə tədbir iştirakçılarını təbrik edərək gələn qonaqlara təşəkkürünü bildirib. Şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib. 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının tarixində qürur, şərəf və birlik rəmzinə çevrilmiş ən möhtəşəm hadisələrdən olduğunu  qeyd edib. Azərbaycanın öz müasir tarixinin ən parlaq səhifəsini – Zəfər Gününü qeyd etdiyini vurğulayan liseyin diektoru  44 gün davam edən Vətən müharibəsinin xalqın birliyini, milli ruhun sarsılmazlığını, dövlət-xalq-ordu həmrəyliyinin gücünü bütün dünyaya nümayiş etdirdiyini vurğulayıb.

 Daha  sonra  Sahib Şükürov, şəhid anası liseyin müəllimi Məhluqə Ömərova, Elm və  Təhsil Nazirliyinin mətbu orqanı olan “Peşə təhsili və insan kapitalı” jurnalının şöbə redaktoru, yazıçı, publisist Pərvanə Mehmanlı, Eldəniz  Rüstəmov, Fərhad Əliyev  və Coşqun İsmayılov  çıxış  edərək “Bu Zəfər – igid oğullarımızın qanı, cəsarəti və xalqımızın sarsılmaz iradəsi hesabına qazanılmış müqəddəs bir qələbə,” – olduğunu diqqətə çatdırıblar. Bildiriblər ki, xalqımızın əldə etdiyi bu tarixi qələbə Ümummilli Lider Heydər Əliyevin müdrik siyasətinin və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən rəhbərliyinin nəticəsidir.

Görüşdə  “Peşə təhsili və insan kapitalı” jurnalının baş redaktoru Şahbaz Balakişiyev və redaksiyanın əməkdaşlarının təşəbbüsü ilə ərsəyə gələn Peşə təhsili müəssisələrinin şəhid məzunlarına həsr olunmuş “Peşə təhsilinin şəhid məzunları” kitabı təqdim edildi.

Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra tələbələrin çıxışları ilə bədii hissə davam etdirilib.

 

 

 

 

↑