Düzgün.az xəbər verir ki, Türkiyənin “Konyaspor” komandasının yeni baş məşqçisi məlum olub.
Bu vəzifəyə Çağdaş Atan gətirilib. Onunla imzalanacaq müqavilənin detalları açıqlanmayıb.
Konya təmsilçisini son olaraq Recep Uçar çalışdırıb.
Komanda Superliqada 11 turdan sonra 14 xalla 8-ci pillədə qərarlaşıb.
