Düzgün.az xəbər verir ki, “Çelsi” Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda “Qarabağ”la matça ciddi itki ilə çıxacaq.
Bu barədə komandanın baş məşqçisi Entso Mareska danışıb.
London təmsilçisinin ulduzu Koul Palmer “Qarabağ”a qarşı oynaya bilməyəcək. O bildirib ki, zədələnən 23 yaşlı yarımmüdafiəçi 6 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, “Qarabağ” – “Çelsi” görüşü noyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 21:45-də başlayacaq.
